İstanbul, 9 fevral, AzərTAc
İstanbulda “G-20” ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclası işə başlayıb.
İclasda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Toplantının açılışından öncə Türkiyə Baş nazirinin müavini Əli Babacan və mərkəzi ofisi Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) baş katibi Angel Gurianin mətbuat konfransı keçiriblər.
Mətbuat konfransında “G-20” ilə OECD arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən, dünya ölkələrində ticarət və sərmayə mühiti üçün daha azad şəraitin yaradılmasının vacibliyindən, iqtisadi inkişafa təsir edən yeniliklərin tətbiqinin faydalı cəhətlərindən və digər məsələlərdən bəhs olunub.
Xatırladaq ki, Azərbaycanın xüsusi qonaq statusu ilə “G-20”-də təmsilçiliyi Türkiyənin bu mötəbər beynəlxalq təşkilata sədrlik etdiyi 2015-ci ildə davam edəcək.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul