Musiqili Teatr gələn ilin ilk 3 ayı üçün repertuar planını təsdiq edib

Musiqili Teatr gələn ilin ilk 3 ayı üçün repertuar planını təsdiq edib
17:03 21 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC 
Azərbaycan Dövlət Musiqili Teatrı qarşıdan gələn 2016-cı ilin ilk 3 ayı üçün repertuar planını açıqlayıb.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bədii Şuranın üzvləri yeni ilin yanvar, fevral və mart ayları üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən iyirmi tamaşa 50 dəfəyə yaxın nümayiş etdiriləcək.
Ötən il tamaşaçılarla sorğu əsasında daha çox reytinq qazanan tamaşalar - “O olmasın, bu olsun”, “Ər və arvad”, “Toya bir gün qalmış”, “Qızıl toy”, “Mən dəyərəm min cavana”, “www-ferzeli-kef.com”, “Kimdir müqəssir?”, “Talelər qovuşanda”, “Qısqanc ürəklər” və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rusdilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı”, “Fransız sayağı qarnir”, “Skapenin kələkləri”, “Düyməcik”, “Yağış göbələyinin macərası”, “Dəcəl çəpişlər”, “Bir dayan canavar”, “Qırmızı papaq” və digər tamaşaları izləyə biləcəklər.
Qarşıdakı üç ay ərzində tamaşaçılar Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Çingiz Əhmədov, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, Əzizağa Əzizov, Emma Məlikova, Boris Qrafkin, Səmayə Musayeva, eləcə də gənc və istedadlı, artıq tamaşaçıların rəğbətini qazanmış aktyorların ifalarına tamaşa edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Musiqili_Teatr_gelen_ilin_ilk_3_ayi_uchun_repertuar_planini_tesdiq_edib-912980

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR