Azərbaycan cüdoçusu “Sportinq”ə bürünc medal qazandırıb

Azərbaycan cüdoçusu “Sportinq”ə bürünc medal qazandırıb
21:23 21 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan cüdoçusu Rüstəm Orucov Portuqaliyanın “Sportinq” klubunun heyətində Vyanada keçirilən Qızıl liqanın bürünc mükafatçısı olub. Azərbaycan Cüdo Federasıyasından AZƏRTAC-a bildiriblər ki, Avropanın ən güclü klublarını bir araya gətirən komanda turnirində “Sportinq” klubu əvvəlcə “Dinamo-Alanye” üzərində qələbə qazanıb (4: 1), lakin gərgin mübarizə şəraitində keçən yarımfinalda turnirin qaliblərinə - “Fifhter Tbilisi” klubuna 2:3 hesabı ilə uduzub.
Portuqaliya komandası bürünc medal qazanmaq şansından istifadə edərək, kiçik finalda 4: 1 hesabı ilə ev sahiblərinə - “Galaxy Tigers Vienna” klubuna qalib gəlib.
Beləliklə, R.Orucov mövsümü major not ilə başa çatdırıb və bu il şəxsi mükafatlarına “Sportinq”in heyətində qazandığı bürünc medalı əlavə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_cudochusu_Sportinqe_burunc_medal_qazandirib-913113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR