Azərbaycan Taekvondo Federasiyasında ilin yekunları ilə əlaqədar iclas keçirilib

Azərbaycan Taekvondo Federasiyasında ilin yekunları ilə əlaqədar iclas keçirilib
21:28 21 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Taekvondo Federasiyasında ilin yekunları və böyüklər arasında respublika çempionatı, eləcə də gənclər arasında respublika birinciliyinin keçirilməsi ilə əlaqədar iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə federasiyanın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, idarə heyətinin üzvü Ələkbər İmaməliyev və hakimlər komitəsinin sədri Elşən Quliyev iştirak ediblər.
Vitse-prezident N.Səfərov federasiyanın illik fəaliyyətini təhlil edərək cari ildə yüksək nəticələr əldə olunduğunu vurğulayıb.
Digər çıxış edənlər yarışların keçirilməsi ilə əlaqədar fikir və təkliflərini səsləndiriblər.
Dünya Taekvondo Federasiyasının yarışların keçirilməsi ilə əlaqədar yeni qaydalarının tətbiq edilməsi haqqında yeniliklər hakimlər komitəsinin sədri, yarışların baş hakimi Elşən Quliyev tərəfindən tədbir iştirakçılarına və məşqçi-müəllimlərin diqqətinə çatdırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Taekvondo_Federasiyasinda_ilin_yekunlari_ile_elaqedar_iclas_kechirilib-913115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR