"Nadir, Elton, Mətanətə baxanda mən şükürlüyəm"

"Nadir, Elton, Mətanətə baxanda mən şükürlüyəm"
08:32 22 Dekabr 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Manaf Ağayev 2500 manat vergilər nazirliyindən cərimələnməsi haqqında danışıb. Milli.Az bildirir ki, ifaçı anspress-ə danışaraq digər müğənnnilərin yanında şükürlü olduğunu deyib. 

"Tək mənə yox hamıya gəlib. Vaxt qoyulmuşdu sonuncu gün bu gün idi. Mən də getdim bu gün ödədim". İfaçı 8 ildir vergi ödəyici olduğunu deyib. O, komandasında 15 nəfər olduğunu və hərəsinə 200 manat verdiyini açıqlayıb. 

"Zamanında desəydilər bu qədər borcum olmazdı. Əslində bu düz deyil, mən 8 ildir vergi ödəyirəm. Mənə heç nə demirlər birdən bu qədər cərimə olunuram. Mən elə baha toya getmirəm. Ansamblımda 15 nəfər var, hərəsinə 200 manat verəndə çox az pul qalır. 10-15 minə toya getmirəm ki, mənim getdiyim yerlər Zəngilan, Qubadlı, Fizuli, Ağdam öz zonalarım, publikam var. Onların araslnda pulsuz toy var, şəhid ailəsi var, qohum əqrəba var. Elton, Mətanət, Ramal, Nadir Nafarzadəyə və digər müğənnilərə baxanda mən şükürlüyəm. Onların 30, 35 min manat cərimələri var". 

Bir müddət əvvəl Vergilər Nazirliyi xəbər vererərk müğənni öz studiyasında çalışan fiziki şəxslərlə əmək ödənişləri məqsədilə əmək müqaviləsi bağlamalı, studiyada istifadə olunan avadanlıqların və bütün digər alətlərin alışını rəsmiləşdirməli, həmin avadanlıqlara amortizasiya hesablamalı, studiyada istifadə olunan materialların alışı ilə əlaqədar sənədləşmələri təmin etməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR