Nazirlik dollara görə işə başladı

Nazirlik dollara görə işə başladı
11:26 22 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat və Sənaye Nazirliyi dolların məzənnəsinin kəskin artımı, manatın ucuzlaşması fonunda qiymət artımı ilə bağlı məlumat yayaıb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr tarixində manatın idarəolunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib.

Bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirib.

Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR