Nazirlik: İstehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edirik

Nazirlik: İstehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edirik
11:37 22 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.

Bu barədə APA-ya İqtisadiyyat və Sənaye Nazirliyindən xəbər verilib.

Bildirilib ki, bununla əlaqədar Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR