Ötən gün teleaparıcı Elgiz Əkbərin dolların qalxması ilə bağlı efirdə səsləndirdiyi fikirlər sosial şəbəkədə müzakirə mövzusu olub.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Elgizin: "Bu bizim xeyrimizədir. Hansı ki qərar qəbul olunur, bu, bizim xeyrimizədir", - fikri birmənalı qarşılanmayıb.
Teleaparıcı müzakirələri cavabsız qoymayıb:
"Dostlar, kimsə sosial mediada mənim adımdan xəbər yayıb ki, guya mən dolların qiymətinin qalxmasını alqışlamışam. Mən belə söz deməmişəm. Əksinə, stres yaşadığımı bildirdim. Hətta banka borclu olduğumu etiraf etdim. Sadəcə hamını səbirli olmağa dəvət etdim. Bildirdim ki, dolların manatla bərabər olması üçün hər ay budcəmizdən milyard dollara qədər vəsait xərclənir. Üzən iqtisadiyyat, bəlkə, manatı tam məhv olmaqdan xilas edə bildi. Mən bunu demişəm. Elgiz ölər, amma xalqın ziyanına bir kəlmə söz ifadə etməz".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

