Sənaye Nazirliyi istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir

Sənaye Nazirliyi istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir
11:58 22 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirlərini gücləndirib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, Mərkəzi Bank dekabrın 21-də manatın idarəolunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Senaye_Nazirliyi_istehlak_bazarinda_bas_veren_deyisiklikleri_diqqetle_tehlil_edir-913203

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR