Şagirdlərə kimya elmində baş verən mühüm yeniliklər barədə məlumat verilib

12:23 22 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Bakı şəhər 47 nömrəli tam orta məktəbdə növbəti açıq dərs təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov orta məktəbin texniki fənlər təmayüllü 10-cu sinif şagirdlərinə kimya fənni üzrə “Hallogenlərin müqayisəli xarakteristikası” mövzusunda nümunəvi dərs keçib.
Akademik bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə imkan yaradır. Ölkə iqtisadiyyatında kimya sənayesinin rolu, bu sahənin dünya miqyasında perspektivli bir istiqamət olduğunu vurğulayan V.Abbasov ölkəmizdə neft-kimya sənayesinin sürətlə inkişaf etdiyini bildirib.
Şagirdlərə kimya elmində baş verən mühüm yeniliklərdən danışan Vaqif Abbasov keçirilən mövzu ilə bağlı geniş məlumat verib, onlara bu istiqamətdə bir sıra dəyərli tövsiyələr və şagirdləri maraqlandıran sualları cavablandırıb.
Açıq dərsdə təhsil nazirliyini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və KİV nümayəndələri iştirak edib.
Qeyd edək ki, nümunəvi dərslər Təhsil Nazirliyi ilə AMEA arasında əldə olunmuş razılaşmaya əsasən akademiyada çalışan tanınmış alimlər tərəfindən tədris olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sagirdlere_kimya_elminde_bas_veren_muhum_yenilikler_barede_melumat_verilib-913213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR