Beynəlxalq incəsənət sərgisinin iştirakçıları Qəbələnin tarixi abidələri və turizm obyektləri ilə tanış olublar

Beynəlxalq incəsənət sərgisinin iştirakçıları Qəbələnin tarixi abidələri və turizm obyektləri ilə tanış olublar
19:03 22 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+


Qəbələ, 22 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Mədəniyyəti Fondunun və Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq incəsənət sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, 19 ölkədən 112 rəssamın 137 əsərinin nümayiş olunduğu sərginin iştirakçıları Qəbələnin tarixi abidələri, turizm obyektləri, istehsal müəssisələri ilə yaxından tanış olublar. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin siyasi fəaliyyətini əks etdirən ekspozisiyaya baxıblar. Sonra qonaqlar “Beltman” piano fabrikində musiqi alətlərinin istehsalı texnologiyası ilə maraqlanıblar.
Rayonun tarixi və müasir turizm infrastrukturu ilə maraqlanan qonaqlar Qəbələ Stend və Ox Atıcılığı Kompleksi, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Qəbələ Arxeoloji Mərkəzi, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanış olublar.
Nümayəndə heyətinin üzvləri rayonda aparılan tikinti-quruculuq və yenidənqurma işləri, Qəbələnin müasir turizm potensialı, təbiəti və füsunkar gözəlliyi ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_incesenet_sergisinin_istirakchilari_Qebelenin_tarixi_abideleri_ve_turizm_obyektleri_ile_tanis_olublar-913409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR