Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Nəriman oğlu Əsgərov tutduğu vəzifədən azad edilib. Lent.az-ın AzərTAc-a istibnadən bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Ölkə başçısının digər sərəncamı ilə Cavid Qəmbər oğlu Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-yə sədr təyin edilib.
Bundan başqa ölkə başçısı A.əsgərovu nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edib.
Qeyd edək ki, C.Qurbanov bu günədək "Azəryolservis" ASC-nin sədri vəzifəsini tuturdu.