Bayram günlərində avtobuslar gecə saat 01:00-dək fəaliyyət göstərəcək

Bayram günlərində avtobuslar gecə saat 01:00-dək fəaliyyət göstərəcək
15:18 23 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, Elvin Camalov, AZƏRTAC
“Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC-nin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar avtobus sürücüləri gecə saat 01:00-dək fəaliyyət göstərəcəklər.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı AZƏRTAC-a deyib.
Onun sözlərinə görə MMC artıq gücləndirilmiş iş rejiminə keçib. Qurum tərəfindən sahibkarlara xəbərdarlıq edilib ki, bayram günlərində bütün avtobus sürücüləri gecə saat 01:00-dək fəaliyyət göstərərək şəhər əhalisinin marşrut avtobuslarından istifadəsini təmin etsinlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bayram_gunlerinde_avtobuslar_gece_saat_0100_dek_fealiyyet_gosterecek-913651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR