Prezident İlham Əliyevin ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevin ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
18:53 23 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Bank VTB” ASC-nin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Doğum gününüz münasibətilə “Bank VTB” ASC-nin İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Bu, həqiqətdir ki, Siz müdrik siyasi xadim və öz ölkəsini ürəkdən sevən, bütün qüvvələrini Vətənə xidmətə sərf edən güclü, nüfuzlu lider keyfiyyətlərinə malik olan insansınız. Sizin Prezident vəzifəsində daim yüksək vətənpərvərlik, şəffaflıq və saflıq prinsiplərinə əsaslanan qurucu fəaliyyətiniz Azərbaycanın gələcək simasının möhkəm təməlini yaradır.

Hörmətli İlham Heydər oğlu, icazə verin, həyatınızın bu əlamətdar günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğmalarınızın və yaxınlarınızın Sizə daimi dəstəyini diləyim".

X X X

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Aleksey Sergeyevdən: "Doğum gününüz münasibətilə MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından təbriklərimi qəbul edin.

Siz Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox işlər görmüş təcrübəli siyasi xadim və dövlət xadimi kimi həm Vətəninizdə, həm də xaricdə haqlı olaraq yüksək nüfuz qazanmısınız.

Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə möhkəm cansağlığı, ailə səadəti, əmin-amanlıq və Azərbaycan Respublikasının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

X X X

Almaniya Bundestaqının üzvü Karin Ştrentsdən: "Mən Sizi doğum gününüz münasibətilə Almaniya Bundestaqında Almaniya-Cənubi Qafqaz Parlamentlərarası Dostluq Qrupunun sədri kimi səmimi qəlbdən təbrik edirəm. Mən tez-tez qonağı olduğum Sizin ölkənin davamlı inkişafını görmüşəm. Ölkəniz bu ili də uğurla başa vurur. Bu nailiyyətlər Sizin xüsusi əməyinizin bəhrəsidir.

Bu xoş fürsətdən istifadə edərək Sizə və doğmalarınıza möhkəm cansağlığı, işlərinizdə uğurlar arzu edirəm".

X X X

Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti Çingiz Abdullayevdən: "Təsis edilməsinin təşəbbüskarlarından biri olduğunuz Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun rəhbərliyi adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində genişmiqyaslı dəyişikliklər, ölkənin iqtisadi inkişafında sanballı uğurlar, onun dövlət müstəqilliyinin və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi Sizin rəhbərliyiniz ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətlə ayrılmaz şəkildə bağlıdır.

Sizin uzaqgörən, strateji baxımdan düşünülmüş siyasətiniz, təşkilatçı və rəhbər istedadınız, ən mürəkkəb məsələlərin həllinə əsl dövlətçilik mövqeyindən yanaşmağınız və Azərbaycan xalqının mənafeyinə sadiqliyiniz haqlı olaraq Sizə vətəndaşlarınızın sevgi və etimadını, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin hörmət və böyük nüfuz qazandırıb.

Sizin bacarıqlı rəhbərliyiniz ilə Azərbaycan multikultural ölkə olaraq, mədəniyyətləri və dini etiqadları fərqli olan insanlar arasında tolerantlıq və qarşılıqlı anlaşma sahəsində tarixən yaranmış müsbət təcrübəsini inamla yayır. Bundan əlavə, Sizin müdrik dövlətçilik siyasətiniz sayəsində Azərbaycan Qərb ilə Şərqin yaxınlaşması üçün coğrafi mövqeyindən uğurla istifadə edir. Bu dəyərlər və modellər planetimizdə çox narahat bir vaxtda sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün son dərəcə zəruridir.

Cənab Prezident, icazə verin, fürsətdən istifadə edib Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə də təbrik edək və Sizə möhkəm cansağlığı, ölkənizin firavanlığına yönəlmiş planlarınızın və səylərinizin gerçəkləşməsində böyük uğurlar, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq diləyək".

X X X

Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan: "Sizi doğum gününüz münasibətilə Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Həmkarlar İttifaqları Ümumi Konfederasiyası ictimai inkişafın müxtəlif sahələrində Azərbaycanın uğurlarını alqışlayır. Sabitlik və davamlı artım sayəsində respublikanın qlobal miqyasda mənfi proseslərə qarşı səmərəli mübarizəsi onun siyasi rəhbərliyinin və möhtərəm Prezident, şəxsən Sizin həyata keçirdiyiniz uzunmüddətli xəttin düzgün olmasının şəksiz təsdiqidir.

Həqiqi ümumxalq məhəbbəti qazanmış lider kimi Sizə böyük etimad bəsləyən Azərbaycan xalqında sabaha inam, Vətənin rifahı naminə daha yaxşı işləmək arzusu möhkəmlənir. Azərbaycan bütün pillələrdən olan hakimiyyət orqanlarının etibarlı üçtərəfli dialoqunun, həmçinin işçilərin və onların birliklərinin hüquq və azadlıqlarının təmin edilməsinə, vacib sosial məsələlərin həllinə diqqətin parlaq nümunəsidir.

Hörmətli Prezident, icazə verin, milli və beynəlxalq səviyyələrdə həmkarlar ittifaqları orqanlarının fəaliyyəti məsələlərinə yetirdiyiniz diqqətə görə Sizə bir daha dərin minnətdarlığımı bildirim.

Cənab Prezident, ən səmimi və ən xoş arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".

X X X

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidən: "İcazə verin, doğum gününüz münasibəti ilə Sizə ürəkdən gələn ən səmimi təbriklərimi çatdırım.

Bu xoş fürsətdən istifadə edərək, bildirmək istərdim ki, xalqlarımızın dostluğu kimi möhkəm təməl üzərində qurulan Gürcüstan ilə Azərbaycan Respublikası arasındakı strateji əməkdaşlığın daha da inkişaf etməsinə verdiyiniz şəxsi töhfələrinizi yüksək qiymətləndiririk.

Biz, həmçinin çox şadıq ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan bütün istiqamətlərdə mühüm tərəqqiyə nail olaraq regionda ən inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir.

Mən səmimi qəlbdən inanıram ki, Gürcüstan ilə Azərbaycan arasındakı əməkdaşlıq xalqlarımızın mənafeyi naminə daha da dərinləşməkdə və güclənməkdə davam edəcəkdir.

İcazə verin, Sizi doğum gününüz münasibəti ilə bir daha təbrik edim, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım. Sizə ən yüksək ehtiramımı bildirirəm".

X X X

bp şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrelldən: "Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Sizə və Azərbaycan xalqına davamlı uğurlar və rifah arzu edirəm.

İyirmi ildən artıqdır ki, bp şirkəti Azərbaycan hökuməti ilə birlikdə ölkədə və regionda dünya miqyaslı layihələr həyata keçirir. Biz bu tərəfdaşlıqdan böyük qürur duyuruq və qarşıdan gələn onilliklər ərzində yeni birgə layihələrə imza atacağımıza ümid edirik.

Layihələrimizə və əməliyyatlarımıza verdiyiniz dəyərli dəstəyə görə Sizə şəxsən dərin minnətdarlığımı bildirirəm.

Sizi bir daha səmimi qəlbdən təbrik edirəm".

X X X

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən: "Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar gündə Sizə uzun ömür, möhkəm cansağlığı, tükənməz enerji, bütün planlarınızın həyata keçməsini, ali dövləti fəaliyyətinizdə uğurlar, xoşbəxtlik və firavanlıq arzulayıram.

Həştərxan vilayəti ilə Azərbaycanın qarşılıqlı dostluq münasibətləri və işgüzar əməkdaşlığı sayəsində bizim regionda çox mühüm müştərək layihələr həyata keçirilir. Bu münasibətlərin uğurlu inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə, şəxsi töhfənizə görə Sizə səmimi qəlbdən minnətdaram. Əminəm ki, aramızda bərqərar olmuş konstruktiv dialoq Həştərxan vilayəti ilə Azərbaycan Respublikasının əməkdaşlığının daha da dərinləşməsinə bundan sonra da kömək edəcək".

X X X

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçdən: "Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə yeni uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzularımı çatdırmaqdan böyük qürur hissi duyuram.

Cənab Prezident, icazə verin, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında bütün sahələrdə qarşılıqlı marağa əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişafına və genişləndirilməsinə birgə səylərimizlə töhfə verəcəyimizə inamımı bildirim.

Mən gələn ilin martında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Çoxqütblü dünya boyunca” mövzusunda keçiriləcək IV İllik Qlobal Bakı Forumunda görüşümüzü səbirsizliklə gözləyirəm. Bu mənada, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Bosniya və Herseqovinadakı Sarayevo Açıq Cəmiyyətlər və Dəyərlər Fondunun möhkəm və məhsuldar əməkdaşlığını qeyd etmək mənim üçün xoşdur. Bakı Forumu sabiq dövlət və hökumət başçıları, siyasi liderlər ilə fikir mübadiləsi aparmaq üçün mükəmməl imkandır.

Mən bir daha doğum gününüz münasibətilə Sizə ən dərin ehtiramımı çatdırır və yaxın gələcəkdə Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2473339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR