Roman Qriqorçuk: "Qarabağ" favoritdi"

Roman Qriqorçuk: "Qarabağ" favoritdi"
10:17 25 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk Azərbaycanda ilin ən yaxşı baş məşqçisi seçilməsi ilə bağlı danışıb. Ukraynalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları deyib: 


"İlin ən yaxşı məşqçisi seçilməyim mənim üçün sürpriz oldu. Bunu tədbirin gedişində öyrəndim. Şadam, ancaq əsas diqqəti buna yönəltmək lazım deyil. Mümkün olsaydı, mən böyük sevinc hissi ilə hər belə bir mükafatı "Qəbələ"nin turnir cədvəlində 10 xal öndə olmasına dəyişərdim. Hazırda əsas hədəfimiz "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq və kuboku qazanmaqdı. Əlbəttə, "Qarabağ" favoritdir, ancaq biz onlarla mübarizə apara bilərik. Həmçinin komandanın yüksəkdə olması və inamla irəliləməsi üçün sistem yaratmalıyıq".


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR