Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb

13:18 25 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
Prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrasını, vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, vergi orqanlarının daha səmərəli və şəffaf işləməsini, büdcəyə daha çox vəsait toplamasını təmin etmək məqsədilə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb.
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini Zaur Fətizadə 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vergiler_Nazirliyi_yaninda_1_sayli_Vergiler_Departamenti_yaradilib-914273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR