"Müğənni Samirlə ilə toy etsək, şoka düşməyin" - FOTO

"Müğənni Samirlə ilə toy etsək, şoka düşməyin" - FOTO
15:05 25 Dekabr 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Nura Suri şəxsi həyatından danışıb.

Milli.Az bildirir ki, musavat.com-a açıqlama verən müğənni ailə qurmağa hazırlaşması haqda yayılan xəbərlərə aydınlıq gətirib:

"Dostum, müğənni Samir Cavadzadə ilə bizi tez-tez bir yerdə görürsünüz. Biz bir-birimizi çox istəyirik, arada ona deyirəm ki, bəlkə evlənək? Aramızda belə bir zarafat var. "Həvvan olum" mahnısı çıxdı. Məndən soruşdular ki, bu mahnını kimin üçün oxumusan? Mahnını reklam etmək üçün dedim ki,  yaxın dostum evlənmək təklif edib. Mən nəzərimdə Samiri tuturdum. Sabah Samir Cavadzadə ilə toy etsək, şoka düşməyin".

Sənətçi ailə qurmasına övladlarının mənfi münasibət bəslədiyini də deyib: "Evlənmək söhbətləri zarafatdır. Bir neçə il əvvəl oğluma dedim ki, "məni saymazsan, gedib qız sevərsən, evlənərsən. Məni saymasanız, ərə gedəcəyəm". Oğlum çox əsəbləşdi, oğlan uşaqları çox qısqanc olur. Həyatımda üç  kişi üçün ölə bilərəm, onlar da övladlarımdır. Heç vaxt heç bir kişi qəlbimdə onlar kimi yer tuta bilməz, başımın tacı ola bilməz. Mən dünyaya ana olmaq üçün gəlmişəm. Həyat yoldaşı olmaq məndə alınmadı"

Suri müğənnilərin Vergilər Nazirliyi tərəfindən cərimə olunmasından da bəhs edib: "Biz ilin 6 ayını işləyirik. Bu il Birinci Avropa Oyunları keçirildi. Məhərrəmlik, Ramazan ayı oldu. Gəlirimiz əvvəlki kimi deyil. Əvvəl qazancımız çox idi, çox vergi ödəyirdik. Əvvəllər çox vergi ödədiyimiz üçün indi cərimə yazırlar. Mən 2011-ci ildəki kimi qazana bilmirəm. Müğənnilərin gəlirlərini nəzərə almaq lazımdır".

Sənətçi yaradıcılığında yeniliklər olmayacağını da qeyd edib: "Dollar qalxdı, vəziyyət pisləşdi. Ona görə yaradıcılığımda hər hansı yenilik olmayacaq. Dolların düşməsini gözləyirəm. "Həvvan olum" mahnısını ötən ay təqdim etmişəm, sevilən mahnı oldu".

İfaçı yeni il planlarından da bəhs edib: "Yeni ili ailəmlə keçirəcəm. İmkan olanda bayramı xaricdə keçirirəm. Oğlum Londonda oxuyur, onun Bakıya gəlişi mənim üçün bayram olur. Bu il ən yaddaqalan hadisə dolların bahalaşması oldu. Bir gün yuxudan ayılıb gördüm ki, manat ölüb".

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/393071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR