Qaçqın şəhərciyində narkotik satmaq istəyən tutuldu (FOTO)

Qaçqın şəhərciyində narkotik satmaq istəyən tutuldu (FOTO)
17:26 25 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi və odlu silah-sursatın alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Lənkəran rayon sakini əvvəllər məhkum edilmiş Ceyhun Əsgərov Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə 605 qram narkotik vasitə olan tiryəki 3600 manata satmaq istəyən zaman saxlanılıb.

Daha sonra əməliyyat tədbirinin davamı olaraq C.Əsgərova 100 qram tiryək qarşılığında 1 ədəd tapançanı satmaq istəyən Hacıqabul rayon sakini əvvəllər Cinayət Məcəlləsinin ağır maddələri ilə dəfələrlə məhkum olunmuş Elnur Məmmədov da saxlanılaraq Zəngilan RPŞ-yə gətirilib. Orada baxış keçirilən zaman E.Məmmədovun üstündən 1 ədəd tapança aşkar edilərək maddi sübüt kimi götürülüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Aşkarlanan narkotik vasitə


Saxlanılan şəxs götürülən maddi sübutlar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368174

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR