Türk Dünyası Bələdiyyələr Birliyinin rəhbəri, Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğludan

13:13 26 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident,
Sizi doğum gününüz münasibətilə Türk Dünyası Bələdiyyələr Birliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.
Dərin hörmət və ehtiramla,

İbrahim Karaosmanoğlu
Türk Dünyası Bələdiyyələr Birliyinin rəhbəri,
Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR