Azərbaycan Prezidentinin tapşırığına əsasən Tacikistana zəlzələ ilə əlaqədar humanitar yardım göndəriləcək

15:33 26 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Cari il dekabrın 7-də Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ insan itkisinə və dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Tacikistan hökuməti Azərbaycan hökumətinə müraciət edib.
Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına 800 min manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Prezidentinin_tapsirigina_esasen_Tacikistana_zelzele_ile_elaqedar_humanitar_yardim_gonderilecek-914658

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR