Bakının “Lokomotiv” voleybol klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakının “Lokomotiv” voleybol klubunun yeni baş məşqçisi müəyyənləşib
16:23 26 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Bakının “Lokomotiv” voleybol klubunda məşqçi dəyişikliyi olub. Çempionlar Liqasında ölkəmizi təmsil edən “Lokomotiv” italiyalı çalışdırıcı Fransua Salvagni ilə yollarını ayırıb. Buna səbəb komandanın ölkə birinciliyi və Çempionlar Liqasının son oyunlarda üzləşdiyi ardıcıl məğlubiyyətlər olub.
AZƏRTAC xəbər verir ki, italiyalı mütəxəssisi həmyerlisi, məşhur məşqçi Karlo Parisi əvəzləyib. Qırx beş yaşlı çalışdırıcı 2014-2015-ci illər mövsümündə gənclərdən qurduğu “Busto Arsizio Yamamay” klubunu Çempionlar Liqasının finalına çıxarıb. Bakı təmsilçisinin sükanı arxasına keçənədək təcrübəli mütəxəssis 11 il “Busto Arsizio Yamamay”da çalışıb. Həmçinin 2012-ci ilin fevralından Çexiya millisinə də başçılıq edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Lokomotiv_voleybol_klubunun_yeni_bas_mesqchisi_mueyyenlesib-914672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR