Amma budəfəki qarşılaşma fərqli olub.
Erkək aslanın bütün səylərinə rəğmən o, camışın öhdəsindən gələ bilməyib. Ovçu və şikar bir-birlərini ölümcül yaralayıblar.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Zambiyadakı Cənubi Luanqva Milli Parkında (South Luangwa National Park) baş verib.
Ac erkək aslan camışa hücum edib, onu parçalamaq istəyib. Amma o, istəyinə çatmayıb.
Aslan camışı, camış da aslanı ağır yaralayıb.
Olayın fotolarını Mett Armstronq Ford çəkib.
Camış bu döyüşdən 6 saat, aslan isə iki gün sonra ölüb.
Milli.Az










