Bakı Limanı qarşıdan gələn bayramlarla əlaqədar korporativ tədbir keçirib

Bakı Limanı qarşıdan gələn bayramlarla əlaqədar korporativ tədbir keçirib
10:58 28 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə korporativ tədbir keçirib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı Dəniz Vağzalında baş tutan tədbirdə cəmiyyətin baş direktoru Taleh Ziyadov limanın əməkdaşlarını və qonaqları qarşıdan gələn Yeni il və həmrəylik günü münasibəti ilə təbrik edib. Başa çatmaqda olan ilin Bakı Limanı üçün əhəmiyyəti və görülən işlər barədə məlumat verən baş direktor 2015-ci ilin bir sıra hadisələrə görə yaddaqalan olduğunu qeyd edib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və bununla da limanın hüquqi-təşkilati forması müəyyən olunub.
Bununla yanaşı, beynəlxalq əməkdaşlığın qurulması istiqamətində bir sıra əməli addımlar atılıb, Antverpen, Aktau, Batumi və s. kimi bir sıra qabaqcıl limanlarla qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Əlavə olaraq, Antverpen, Dubay və Sinqapur limanlarının təcrübələri yaxından öyrənilib və sinqapurlu mütəxəssislər Bakı Limanında işə dəvət olunublar.
Qeyd edək ki, 2015-ci ildə həm də Ələt qəsəbəsində yaradılması planlaşdırılan xüsusi iqtisadi zonanın konseptual baş planı da hazırlanıb.
Daha bir mühüm hadisə isə avqustun 3-də tarixində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ilk dəfə olaraq Çin Xalq Respublikasından sınaq konteyner qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinə gəlməsi olub. İkinci belə qatar isə dekabr ayında eyni xətt üzrə Bakı limanına çatıb.
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna yüklərin cəlb olunması üçün İstanbul, Çinin Çonqçin vilayətində, Kiyev və Klaypedada keçirilən “Road Show”larda Bakı Limanı yüksək səviyyədə təmsil olunub.
Cəmiyyətin yeni “Limançı” həmkarlar təşkilatı yaradılıb, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəsmi loqosu təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidentini İlham Əliyevin Fərmanı ilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının bir üzvü də cəmiyyət olub.
2015-ci ilin uğurları haqqında məlumat verildikdən sonra limanın 22 əməkdaşı göstərdikləri nümunəvi iş və Bakı Limanına verdikləri töhfələrə görə mükafatlandırılıblar.
Daha sonra tədbir milli rəqslər və musiqi ilə davam edib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Limani_qarsidan_gelen_bayramlarla_elaqedar_korporativ_tedbir_kechirib-914824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR