“Zirə” futbol klubu Antalyada üç yoxlama oyununda qüvvəsini sınayacaq

“Zirə” futbol klubu Antalyada üç yoxlama oyununda qüvvəsini sınayacaq
18:43 28 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasında qış fasiləsinə üçüncü yerdə çıxan “Zirə”nin hazırlıq planı məlum olub.
Klubdan AZƏRTAC-a bildiriblər ki, komanda yanvarın 5-də Bakıda bir araya gələcək. Dörd gün Zirə İdman Kompleksində məşq edəcək komanda təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada keçirəcək. Antalyadakı hazırlıq mərhələsinin ilk həftəsində komanda fiziki hazırlıq üzərində çalışacaq. Növbəti həftədə isə baş məşqçi Adil Şükürov ümumi texniki-taktiki hazırlığa üstünlük verəcək və komanda yoxlama oyunlarında qüvvəsini sınayacaq. Antalyada “Zirə” 3 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar yanvarın 16, 19 və 22-də təşkil olunacaq. Rəqiblərin adı isə yaxın günlərdə məlum olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zire_futbol_klubu_Antalyada_uch_yoxlama_oyununda_quvvesini_sinayacaq-915048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR