AMEA ölkə mətbuatının fəaliyyətini yüksək qiymətləndirir

AMEA ölkə mətbuatının fəaliyyətini yüksək qiymətləndirir
16:58 29 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələri bu gün də uğurla davam edir.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu sözləri elm və media əlaqələrinin inkişafında xidmətinə görə akademiya əməkdaşlarına təşəkkürnamələrin təqdimat mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib. AMEA-nın prezidenti akademiyada həyata keçirilən genişmiqyaslı islahatların, eləcə də təşkil olunan elmi-kütləvi toplantı, görüş və digər tədbirlərin ictimaiyyətə dolğun şəkildə çatdırılmasında medianın rolunun əhəmiyyətini vurğulayıb. Akademik qeyd edib ki, AMEA ölkə mətbuatının fəaliyyətinə yüksək qiymət verir və media ilə faydalı işgüzar münasibətlərin inkişafında maraqlıdır.
Tədbirdə Milli Mətbuatın 140 illik yubileyinə həsr olunmuş “Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər” mövzusunda elmi-praktik konfransın və “Science Activity-2015” adlı yay məktəbinin təşkilində göstərdiyi xidmətlərə görə AMEA-nın bir qrup əməkdaşına akademiya rəhbərliyi tərəfindən təşəkkürnamə təqdim edilib.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_olke_metbuatinin_fealiyyetini_yuksek_qiymetlendirir-915342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR