“Qarabağ” klubunun sabiq yarımmüdafiəçisi “Yeni Malatyaspor” komandasında çıxış edəcək

“Qarabağ” klubunun sabiq yarımmüdafiəçisi “Yeni Malatyaspor” komandasında çıxış edəcək
18:18 29 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun sabiq yarımmüdafiəçisi Muarem Muaremin yeni klubu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, o, bundan sonra Türkiyənin “Yeni Malatyaspor” klubunda çıxış edəcək.
Makedoniyalı yarımmüdafiəçi yayda "Qarabağ"dan ayrılaraq Türkiyə Super Liqasında çıxış edən “Əskişəhərspor”a keçmişdi. Amma o, bu komandada oynamaq şansı qazanmadığından müqaviləni qarşılıqlı razılıq əsasında pozmuşdu. Məhz ondan sonra futbolçunun yenidən Ağdam klubuna qayıdacağı gözlənilirdi. Lakin göründüyü kimi, M,Muarem fərqli addım ataraq, PTT 1-ci liqa klubuna keçməyə üstünlük verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabag_klubunun_sabiq_yarimmudafiechisi_Yeni_Malatyaspor_komandasinda_chixis_edecek-915376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR