Bakıda bıçaqlanan gənc avtobusla xəstəxanaya gəldi

Bakıda bıçaqlanan gənc avtobusla xəstəxanaya gəldi
04:29 30 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Nizami rayonunda ötən axşam bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Qara Qarayev prospektində qeydə alınıb. Ticarət mərkəzlərinin birinin qarşısında 24 yaşlı Vladislav Levski bıçaqlanıb. Yaralı hadisədən sonra dostu ilə birgə sərnişin avtobusu ilə xəstəxanaya gəlib. Yaralı dərhal müayinə olunaraq əməliyyata götürülüb. Müayinə zamanı yaralıya 4 bıçaq xəsarətinin vurulduğu məlum olub.

 

Sabunçu xəstəxanasının həkim-cərrahı Rasim Abdurəhimovun sözlərinə görə, xəstənin bədənində kəsilmiş-deşilmiş yaralar olub: "Qarının ön divarında, sağ bud, sol bel və sol bazu nahiyəsindəki yaralara birinci cərrahi müdaxilə edildi. Hazırda vəziyyəti keçirilən əməliyyata uyğundur".

 

Hadisə barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə məlumat verilib. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.

 

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227076

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR