ABŞ gəmisi Hörmüzdən keçərkən İran raket atəşi açdı

ABŞ gəmisi Hörmüzdən keçərkən İran raket atəşi açdı
08:09 30 Dekabr 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD-lə mübarizə üçün Fars körfəzinə üzən ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisi Hörmüz boğazından keçən zaman, İran raketlərdən döyüş atışı təliminə başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalına amerikalı hərbçilər bildirib.    

 

Qeyd edək ki, Hörmüz boğazının və Fars körfəzinin şimal hissəsi İranın ərazi sularına daxildir.  

 

Amerikalı hərbçilərin məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun artilleriya hissələri ABŞ hərbi gəmisinə çox yaxın məsafədə -1,5 kilometrliyində raketlərdən döyüş atışı həyata keçirməyə başlayıb. Məlumata görə, döyüş atışı təlimi rayonunda həmçinin ABŞ-ın “Buckley” eskadra mina gəmisi (esmines), Fransaya məxsus freqat gəmisi və bir neçə kommersiya gəmiləri olub.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR