Mərkəzi Bank bayram günləri üçün manatın məzənnəsini açıqladı

Mərkəzi Bank bayram günləri üçün manatın məzənnəsini açıqladı
12:49 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli şaiyələrə inanmayın!"

 

Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin nəzərinə çatdırır ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.

 

Lent.az bankın saytına istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.

 

Məlumat üçün bildirilir ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR