Bu il “Azneft” üzrə 405 obyektdə yeni texnika və texnologiya tətbiq olunub

Bu il “Azneft” üzrə 405 obyektdə yeni texnika və texnologiya tətbiq olunub
16:32 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi hasilat prosesində, tikinti-quraşdırma işlərində, yataqların işlənilməsində mütərəqqi yeniliklərin tətbiqinə önəm verir, yeni texnika, texnologiya və avadanlıqlar öz müsbət təsirini göstərir.Cari il ərzində də bu istiqamətdə bir çox tədbirlər həyata keçirilib.
"Report" xəbər verir ki, bu, SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
"Qazmadan çıxan quyularda laylardan gələn mexaniki qarışıqların, eləcə də qum təzahürünün qarşısının alınması məqsədilə məftilli süzgəclər tətbiq edilir ki, nəticədə quyunun uzunmüddətli istismarı təmin olunur. İstehsalatda tətbiqi genişləndirilən iki pakerli qoruyucular isə uzun müddət istismarda olan və korroziyaya uğramış kəmərləri bərpa edir, sızmaların qarşısını alır. Bundan başqa, dənizdə ləğv olunmuş quyuların gövdələrinin dənizin dibindən kəsilərək quyu ağzının hermetik və etibarlı bağlanması işi həyata keçirilir"-, SOCAR-dan bildirilib.
Qeyd olunub ki, bu üsulla həm fəaliyyəti dayandırılmış quyular ekoloji cəhətdən etibarlı ləğv edilir, həm də dəniz akvatoriyası təmizlənir:
"Yeni nəsil “Qazodinamik” seperator qurğusunun tətbiqi hasil olunmuş qazın tərkibindəki mayenin qazdan ayrılmasını təmin edir. Bütün bunlarla yanaşı, 2015-ci il ərzində Birlik üzrə 405 obyektdə yeni texnika və texnologiya tətbiq olunub, nəticədə 29,5 min ton əlavə neft əldə edilib. Bu, ötən ilin göstəricisindən 7,1 min ton artıqdır. Səmərəliliyin artırılmasına xidmət edən yeni texnika və texnologiyaların tətbiqi bundan sonra da davam etdiriləcək".                              

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/bu-il-azneft-uzre-405-obyektde-yeni-texnika-ve-texnologiya-tetbiq-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR