Dövlət Neft Fondu investisiya portfelinin strukturunu dəyişib

Dövlət Neft Fondu investisiya portfelinin strukturunu dəyişib
18:13 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Respublikası Dövlər Neft Fondu (SOFAZ) 2016-cı il üçün öz investisiya portfelinin strukturunu dəyişib.

Trend-in məlumatına görə, 2016-cı ildə investisiya portfelinin 15 faizə qədəri səhmlərə, 10 faizə qədəri daşınmaz əmlaka, 5 faizə qədəri isı qızıla yatırıla bilər. 2015-ci ildə bu nisbət müvafiq olaraq 10,5 və 5 faiz təşkil edib.

SOFAZ investisiya portfelinin məcmu dəyərinin 70 faizi pul bazarı və borc öhdəlikləri bazarının alətləri hesabına formalaşır, hərçənd cari il bu göstərici 80 faiz təşkil edib.

Bununla belə, SOFAZ-ın investisiya portfelinin valyuta strukturu dəyişməz olaraq qalıb. Bununla da aktivlərin 50 faizi ABŞ dollarında, 35 faizi avroda, 5 faizi İngiltərə funt-sterlinqində, qalan 10 faizi isə digər valyutalarda yerləşdirilə bilər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2475998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR