Azərbaycanda qanunsuz tibbi fəaliyyətlə bağlı 88 fakt aşkarlanıb

Azərbaycanda qanunsuz tibbi fəaliyyətlə bağlı 88 fakt aşkarlanıb
16:03 30 Dekabr 2014
87 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi bu il ərzində qanunsuz tibbi fəaliyyətlə məşğul olma ilə bağlı 88 fakt aşkarlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla yanaşı, 75 halda cərimə tətbiq edilib, 5 halda lisenziyanın fəaliyyətinin dayandırılması və 4 halda lisenziyanın ləğv edilməsi kimi tədbirlər görülüb.

G.Poladov bildirib ki, hazırda respublika üzrə 600-dən çox özəl tibb müəssisəsi və kabineti fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən mütəmadi araşdırılır.

Nazirlik rəsmisinin sözlərinə görə, son illərdə dərmanların keyfiyyətinə nəzarət, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində təsirli tədbirlər həyata keçirilib. Respublikada fəaliyyət göstərən apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbir görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR