Bakıda rus qızı zorlamaqda təqsirləndirilən şəxs bəraət aldı

Bakıda rus qızı zorlamaqda təqsirləndirilən şəxs bəraət aldı
16:03 30 Dekabr 2014
99 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Apellyasiya Məhkəməsində rus qızı zorlamaqda təqsirli bilinən Məcid Məcidovun barəsində çıxarılmış bəraət hökmündən Baş Prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb.

Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb və M.Məcidov bəraət alıb.

Qeyd edək ki, Rusiya Federasiyasının vətəndaşı olan 23 yaşlı N.İ (şərti) 11 may 2013-cü il tarixdə gecə saat 5 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb. Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən “Grand House” daşınmaz əmlak firmasının rəhbəri M. Məcidov mayın 10-da N.İ-nin müraciəti əsasında Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə verib. M. Məcidov mənzilin açarlarının birini ona təqdim edib, ertəsi gün isə gecə saat 5 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olaraq zorlayıb.

İstintaq orqanı Məcid Məcidovu Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 157.3-cü (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Məcid Məcidovun barəsində bəraət qərarı çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən Baş Prokurorluq narazı qalıb. Prokurorluq Məcid Məcidovun barəsində çıxarılan hökmdən apellyasiya protesti verib. Prokurorluq Məcid Məcidovun barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini və onun barəsində ittiham hökmünün çıxarılmasını istəyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR