ABŞ konqresmeninin Azərbaycanla bağlı qərəzli layihəsinə qarşı Kaliforniyada petisiya yaradılıb

ABŞ konqresmeninin Azərbaycanla bağlı qərəzli layihəsinə qarşı Kaliforniyada petisiya yaradılıb
22:28 1 Yanvar 2016
61 Digər
Ölkə mətbuatı
A- A+


Kaliforniya, 1 yanvar, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması konqresmen Kris Smit tərəfindən ölkəmizlə bağlı irəli sürülmüş qərəzli qanun layihəsinə etiraz üçün elektron petisiya yaradıb. Petisiya Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan, layihənin müzakirə olunacağı xarici əlaqələr, hüquqi məsələlər və maliyyə komitələrinin sədrlərinə ünvanlanıb.
Petisiyada qanun layihəsinin erməni lobbisinin təhriki ilə irəli sürüldüyü vurğulanır və buna görə də tam qərəzli xarakter daşıdığı bildirilir. Qeyd olunur ki, Ermənistanın korrupsiyaya bulaşmış və insan haqlarını kobudcasına pozan hökumətinin ABŞ-da lobbiçiliyini aparan erməni diasporunun əsas məqsədi Azərbaycana və onun ABŞ ilə münasibətlərinə mümkün qədər ziyan vurmaqdır. Erməni lobbisi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətini pərdələmək üçün dəridən-qabıqdan çıxır.
Azərbaycan ilə ABŞ-ın indiyədək terrorizmə və ekstremizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla əməkdaşlıq etdikləri bildirilən petisiyada ABŞ üçün ən çətin vaxtlarda, xüsusilə 11 sentyabr terror hadisələrindən sonra Azərbaycanın Birləşmiş Ştatlara dəstək olduğu diqqətə çatdırılır. Qeyd olunur ki, çətin bir bölgədə yerləşməsinə baxmayaraq, Azərbaycan öz dünyəviliyini və tolerantlıq ənənələrini qoruyub saxlaya bilib, müsəlman, xristian və yəhudilərin dinc və qarşılıqlı hörmət şəraitində yaşadıqları multikulturalizm məkanına çevrilib.
Bütün bunları, xüsusilə layihənin qərəzliliyini və ABŞ-Azərbaycan münasibətlərinin yüksək önəmini nəzərə alaraq, ABŞ Konqresinin erməni lobbisinin hiylələrinə uymayaraq, sözügedən qanun layihəsini qətiyyətlə rədd etməsinin vacibliyi vurğulanır. Qeyd olunur ki, qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, bu nəinki Azərbaycan-ABŞ dostluğuna, ilk növbədə ABŞ-ın özünün milli maraqlarına ziyan vuracaq.
Həm ABŞ-da, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və Azərbaycanın dostları bu petisiyanı imzalamağa dəvət edilir. Petisiyaya bu linkə daxil olaraq qoşulmaq mümkündür:
https://www.change.org/p/reject-the-racist-anti-azerbaijani-bill-at-u-s-congress
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Kaliforniya
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_konqresmeninin_Azerbaycanla_bagli_qerezli_layihesine_qarsi_Kaliforniyada_petisiya_yaradilib-915833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR