Yaponiya parlamentinin yuxarı palatasına seçkilərdə 249 namizəd mübarizə aparacaq

Yaponiya parlamentinin yuxarı palatasına seçkilərdə 249 namizəd mübarizə aparacaq
02:08 3 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 3 yanvar, AZƏRTAC.
JİJİ PRESS agentliyinin yanvarın 2-də keçirdiyi sorğunun nəticələrinə görə, Yaponiya parlamentinin yuxarı palatasındakı 121 yer uğrunda bu ilin yayında keçiriləcək seçkilərdə 249 namizəd mübarizə aparacaq.
2013-cü ildə yuxarı palataya seçkilərdə Liberal Demokratik Partiyanın (LDP) qazandığı böyük qələbədən sonra hakim partiya mövqelərini daha da möhkəmləndirməyə və son 27 il ərzində tam üstünlüyü ələ almağa çalışır. Müxalifətdə olan qüvvələri sıx birləşdirməyə can atan Yaponiya Demokratik Partiyası isə LDP-nin parlamentdə möhkəmlənməsinin qarşısını almağı planlaşdırır.
Yaponiya parlamentinin yuxarı palatasındakı 242 yerin yarısı hər üç ildən bir yenilənir. Qarşıdan gələn seçkilər 18 yaşından yuxarı gənclərə ilk dəfə səsvermə hüququnun verilməsi ilə fərqlənəcək. Bu barədə qanun cari ilin iyununda qüvvəyə minəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiya_parlamentinin_yuxari_palatasina_sechkilerde_249_namized_mubarize_aparacaq-915915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR