İki müsəlman ölkəsi bir-birinə nota verdi

İki müsəlman ölkəsi bir-birinə nota verdi
04:06 3 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Şiə din alimi Nimr Baqir ən Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi İran və ümumilikdə dünya şiələri tərəfindən etirazla qarşılanıb. ANS PRESS-in məlumatına görə, bu gərginlik zəminində İran Səudiyyə Ərəbistanına etiraz notası verib. Ötən gün Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin müşaviri İranın Xarici İşlər Nazirliyinə dəvət olunub. İran xarici iişlər nazirinin müavini Hüseyn Əmir Abdullahyan Səud nümayəndəsinə, rəsmi Tehranın bu edam hadisəsini şiddətlə pislədiyini deyib.

Səudiyyə Ərəbistanının bu istiqamətdə İrana cavabı gecikməyib. İran səfirinə ölkəsinin şəriət qanunları çərçivəsində icra olunan edama qarşı verdiyi bəyanatın qərəzli olduğunu deyən S. Ərəbistanının Xarici İşlər Nazirliyi rəsmisi də qarşı tərəfə etiraz notası göndərib.

Mühakimə prosesinin tamamilə hüquq çərçivəsində aparıldığını və bunun nəticəsində edam qərarı verildiyini deyən Səud rəsmisi İranın hərəkətinin başqa ölkənin daxili işlərinə qarışmaq olduğunu vurğulayıb.

XİN rəsmisi həmçinin bildirib ki, beynəlxalq konvensiyaya görə İranın, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyini, Məşəddəki baş konsulluğunu və diplomatlarını qorumaq öhdəliyi var.

Səudiyyə Ərəbistanı ötən gün səhər vaxtı şiə din alimi Nimr Baqir ən Nimr və 47 nəfəri edam etdiyini açıqlamışdı.

İran Xarici İşlər Nazirliyi, “Bu məsuliyyətsiz siyasətin nəticələri bu işin məsliyyətini daşıyan insanlara qayıdacaq və Səud rejimi bu addımının bədəlini ağır ödəyəcək” – sözləri ilə cənub qonşusuna kəskin etirazını bildirmişdi.

Bundan əvvəl isə ötən il Həc mövsümündə Mina çölündə baş vermiş izdiham faciəsi zamanı yüzlərlə iranlı zəvvarın ölməsi də iki ölkə arasında gərginliyə səbəb olmuşdu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR