Rodriges qaçdı, polis qovdu - FOTO

Rodriges qaçdı, polis qovdu -   FOTO
13:12 3 Yanvar 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın ulduz futbolçusu Ceyms Rodrigesin başına polis filmlərindəki kimi olay gəlib.

Fanat.az xəbər verir ki, kolumbiyalı ulduz dünən Madriddəki M-40 magistralında avtomobili 200 km/saat sürətlə idarə edib. Onun sürət həddini aşdığını görən polis avtomobili saxlamağı tələb edib.

Lakin Rodriges əmrə tabe olmayıb və "Real"ın Valdebabas bazasına doğru hərəkət etməyə başlayıb. Futbolçunun ardınca bazaya girmək istəyən polisləri mühafizəçilər saxlayıb. 

Gənc futbolçunun cərimələnməsi və sürücülük vəsiqəsinin əlindən alınması gözlənilir.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR