ANS PRESS-in məlumatına görə, Avşar qızı yeganə övladı olan Zəhra Çilingiroğluna bahalı maşın alıb. Yetkinlik yaşına girən Zəhraya valideynləri ikiqat sürpriz edəcək.
Müğənni və aktrisa qızına ad günü hədiyyəsi kimi "Range Rover Evoque" model cip alıb. Bu modeldən olan maşınların qiyməti 80-105 min avro dəyəri arasında dəyişir.
Ata Kaya Çilingiroğlu isə qızının mükəmməl sürücü olması yolunda ilk addım atıb və onu sürücülük kurslarına yazdırıb. O, özəl dərs alacaq.
Anası kimi paparatzilərin ən çox axtardıqları simalardan olan Zəhranın ad günü yanvar ayının 15-dədir. Anası bahalı hədiyyəsini qızınına məhz ad günü münasibəti ilə keçiriləcək partidə təqdim edəcək.


