Türkmənistanda tapılan iki neftçinin meyitinin kimliyi məlum oldu

Türkmənistanda tapılan iki neftçinin meyitinin kimliyi məlum oldu
14:08 4 Yanvar 2016
99 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, Xəzər dənizinin Türkmənistan sektorunda iki cəsəd aşkar edilib və bu barədə Azərbaycan tərəfinə məlumat verilib. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi, istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri birlikdə cəsədlərin tanınması və ölkəyə gətirilməsi üçün Türkmənistana yola düşüb.

Orada olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən tapılanlar ''Günəşli'' yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2476595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR