Rəşad Qasımov transfer qadağası haqda: "Bizim də alacağımız var"

Rəşad Qasımov transfer qadağası haqda: "Bizim də alacağımız var"
15:12 5 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

"Bizim də alacağımız var. Məsələn, yayım vəsaiti, FİFA-dan klub üçün gələn pul. Bu günə-sabaha bununla bağlı müzakirələrə start verəcəyik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri  "İnter" klubunun prezidenti Rəşad Qasımov deyib.

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasında çıxış edən 9 kluba transfer qadağası qoyub ki, onlar arasında "İnter" də var. "Bankirlər" yığma komandamızın üzvləri olan Vüqar Nadirov və Kamran Ağayevi heyətə cəlb etsələr də, PFL-ə olan borcu ödəməyəcəkləri təqdirdə, onların keçidini rəsmiləşdirə bilməyəcəklər.
 
Rəşad Qasımov borcla bağlı problemin tezliklə həll olacağına ümid edir. O bildirib ki, artıq bu işlə ciddi şəkildə məşğul olmağa başlayıblar: "Bu gündən iş günü sayılır. Bu məsələ ilə bağlı PFL prezidenti Ramin Musayevlə görüşmək istəyirəm. Düzdür, hələ bu barədə onunla danışmamışam. Amma yaxın günlərdə bunun baş verəcəyini düşünürəm. Yəqin ki, bu həftə ərzində məsələ həllini tapacaq".
 
Ötən ay paytaxt klubuna prezident təyin edilən sabiq futbolçu yeni işinə artıq uyğunlaşdığını söyləyib: "İnter" klubuna, yeni işimə uyğunlaşmaqda çətinlik çəkmədim. Bu kollektivi artıq kifayət qədər yaxşı tanıyıram. 5-6 ildir ki, bu komandanın çıxışını diqqətlə izləyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR