Ana südünü artıran içki

Ana südünü artıran  içki
18:22 5 Yanvar 2016
65 Sosial
Ölkə mətbuatı
A- A+

Yeni ana olanların ən böyük problemlərindən biri də əmizdirməkdir. Bəzi anaların südü uşağı doyuzdurmur.Xalq təbabətində yüksək kalorili qidaların ana südünü artırdığına inanılsa da, əslində, hamiləlikdə alınan artıq çəkidən xilas olmaq üçün belə qidalardan uzaq durmaq lazımdır.

Publika.az ana südünü artıran içki reseptini təqdim edir:
 
Tərkibi:
Yarım stəkan qara üzüm
Yarım stəkan qaysı
4 ədəd quru əncir
1 ədəd alma
5 stəkan su
 
Hazırlanması:
Bütün məhsulları yuyub təımizlədikdən sonra doğrayıb qazana tökün. Üzərinə 5 stəkan su əlavə edib meyvələr yumşalana qədər qaynadın.
 
Daha sonra ocağı söndürüb kompotun soyumağını gözləyin. Soyuq halda içilən içkilər körpədə qaz əmələ gətirdiyi üçün kompotu ilıq içməyiniz məsləhətdir.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR