Yaponiya KİV-ləri: KXDR ilk hidrogen bombası sınağını keçirib

Yaponiya KİV-ləri: KXDR ilk hidrogen bombası sınağını keçirib
11:38 6 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 6 yanvar, AZƏRTAC 
Yaponiya kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, yanvarın 6-da Koreya Xalq Demokratik Respublikası ilk hidrogen bombası sınağını keçirib.
Bu barədə hökumətin bəyanatını KXDR-in dövlət televiziyası yerli vaxtla günorta saatlarında yayıb.
JİJİ PRESS agentliyinin məlumatına görə, Yaponiya və Koreya Respublikasının meteoroloji xidmətləri KXDR-in Panqyoni nüvə poliqonu yaxınlığında Yaponiya vaxtı ilə saat 10:29 dəqiqədə süni seysmik fəallıq qeydə aldıqları barədə məlumat yayıblar.
Yaponiya Meteoroloji Agentliyinin məlumatına görə, partlayışın ocağı yerin üst qatlarında olub və təbii zəlzələdən fərqlənib.
KXDR tərəfindən üç dəfə - 2006, 2009 və 2013-cü illərdə həmin poliqonda nüvə sınağı keçirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiya_KIV_leri_KXDR_ilk_hidrogen_bombasi_sinagini_kechirib-916351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR