Akademik Milli Dram Teatrına yeni direktor təyin edilib

Akademik Milli Dram Teatrına yeni direktor təyin edilib
13:13 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni təyinat olub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Əbülfəs Qarayevin 5 yanvar 2016-cı il tarixli əmrinə uyğun olaraq, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azər Paşa Nemət teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunub. Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor vəzifəsinə təyin edilib.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri teatrın kollektivinə təqdim edib.

Qeyd edək ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR