Qorxulu kadrlar: İŞİD yeni silahlar hazırlayır - VİDEO - FOTO

Qorxulu kadrlar: İŞİD yeni silahlar hazırlayır - VİDEO - FOTO
14:12 6 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

"İŞİD terror qruplaşmasının saqqallı, bisavad, müasir və mürəkkəb texnikaya bələd olmayan insanlar yığını olduğunu düşünənlər yanılırlar. Tam əksinə, indi terrorçuların laboratoriyalarında savadlı, bacarıqlı mütəxəssislər var".

Bunu Britaniya xüsusi təyinatlı qüvvələrinin sabiq zabiti, polkovnik Kris Hanter deyib.
Milli.Az Sky News-a istinadən bildirir ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının sıralarında dünyanın müxtəlif ölkələrindən olan ballistika, termodinamika, hətta raket texnikası üzrə mütəxəssislər var.

İŞİD indi iki yeni "silah" hazırlayır. Həmin "silah"lar sürücüsüz, uzaqdan idarə olunan avtomobil və uzaq məsafədən radiosiqnalla buraxıla bilən zenit raketidir.

"1999-cu ildə "İrlandiya Respublika Ordusu" terrorçularının raket texnikasına yiyələnməsinin qarşısını alırdıq. Terrorçular bir neçə kiçik zenit raketi əldə etsələr də, bu raketlərdən "faydalana" bilməmişdilər. Çünki raketlərin istilik akkumulyatorlarının istifadə müddəti çox qısadır. Terrorçular isə sonradan həmin akkumulyatorları işə sala bilmədiklərindən raketləri buraxmamışdılar. İŞİD bəhs etdiyim problemi həll etməyə başlayıb. Onlar Suriyada vətəndaş müharibəsi başlanandan sonra ələ keçirdikləri hərbi anbarlarda olan zenit-raket sistemlərini "bərpa" edirlər. Bu raketlərlə helikopetləri, pilotsuz təyyarələri və aşağı yüksəklikdə uçan təyyarələri vurmaq mümkündür", - K.Hanter deyib.

Ekspertlərin dediklərinə görə, İŞİD bu raketlərdən əsasən Qərb ölkələrinə qarşı istifadə etmək niyyətindədir.

İŞİD sürücüsüz hərəkət edən avtomobil də hazırlayır. Məqsəd partladıcı maddələrlə doldurulacaq bu maşını hədəfə doğru sürərək partlatmaqdır.

Terrorçular çox ciddi qorunan obyektlərin mühafizə sistemindəki istilik vizorlarını da "aldatmaq" üçün sürücünün yerinə maneken qoyur və ona mikrosxemlər birləşdirirlər.
Belə avtomobil kənardan idarə olunur.
 

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR