Filippin Asiya İnfrastruktur İnvestisiyaları Bankının təsisçiləri sırasına daxil olub

Filippin Asiya İnfrastruktur İnvestisiyaları Bankının təsisçiləri sırasına daxil olub
14:58 6 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC 
Filippin Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) təsisçiləri sırasına daxil olub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) Maliyyə Nazirliyinin Beynəlxalq Maliyyə Əməkdaşlığı İdarəsinin məlumatına görə, Filippinin Çindəki səfiri Erlinda Bazilio Asiya İnfrastruktur İnvestisiyaları Bankının təsis olunması barədə Sazişi Filippin hökumətinin səlahiyyətli nümayəndəsi kimi imzalayıb.
Azərbaycanın da təsisçisi olduğu AİİB-in yaradılması təşəbbüsünü 2013-cü ilin oktyabrında ÇXR-in sədri Si Cinpin irəli sürüb. Çin liderinin bu təklifi bir çox ölkələr tərəfindən dəstəklənib. 2014-cü ilin oktyabrında Pekində 22 ölkə AİİB-in yaranmasına hazırlıq barədə Memorandum imzalayıb. Təsisçi ölkələrin sayı artaraq 57-yə çatıb. Təsisçılər sırasında Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələr yer alıblar. 2015-ci il iyunun 29-da Pekində AİİB-in yaradılması barədə Saziş imzalanıb.
2016-cı il yanvarın 16-18-də Pekində AİİB-in fəaliyyətə başlaması münasibətilə mərasim, habelə yığıncaq keçiriləcək. Yığıncaqda tərəflər AİİB-in Direktorlar Şurasının yaradılması və fəaliyyəti məsələlərini müzakirə edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Filippin_Asiya_Infrastruktur_Investisiyalari_Bankinin_tesischileri_sirasina_daxil_olub-916403

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR