Amerika alimləri: Şirniyyata meyillilik kokain asılılığına bənzəyir

Amerika alimləri: Şirniyyata meyillilik kokain asılılığına bənzəyir
19:13 6 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC 
Şirniyyata meyillilik kokain asılılığına bənzəyir. Skripps Elmi-Tədqiqat İnstitutunun (ABŞ) alimləri bu qənaətə gəliblər. AZƏRTAC “medvesti.com”a istinadla xəbər verir ki, alimlər eksperiment çərçivəsində laboratoriya siçovullarına şirniyyat yediriblər.
Müəyyən vaxt keçəndən sonra heyvanlarda açıq-aydın şirniyyatdan asılılıq müşahidə olunmağa başlayıb. Alimlər belə davranışı kokain asılılığı ilə müqayisə ediblər.
Qeyd edək ki, asılılığın hər hansı növü baş beyində neyromediatorların fəaliyyəti ilə bağlıdır. Hər hansı canlını dofaminin köləsi adlandırmaq olar. İnsan da istisna deyil. Bu hormonun ifrazı bizi xoşbəxt edir, nəşələndirir. Dofaminin yoxluğu depressiya yaradır, əlimizi işdən soyudur. Bu xoşbəxtlik hormonu təkcə narkotiklərdən istifadə zamanı ifraz olunmur. Hər hansı yemək, xüsusən şirniyyat serotonin ilə birgə dofaminin ifrazına gətirib çıxarır. Sinir sistemini tez-tez şirniyyatla stimullaşdırmaq “qida narkomaniyası” yaradır. Nəticədə insan şirniyyat yeməyincə özünü xoşbəxt hiss etmir. Nikotin asılılığı və fastfudla dolanmaq arzusu olan insanlarda da oxşar mexanizmlər işləyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR