XİN: "Bir çox hüquqi şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətinin qarşısı alınıb"

XİN: "Bir çox hüquqi şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətinin qarşısı alınıb"
19:42 6 Yanvar 2016
12 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan Azərbaycana qarşı müharibəyə başlamağa, gücdən istifadə edərək ölkəmizin ərazilərini işğal etməyə, işğal olunmuş ərazilərdə kütləvi miqyasda etnik təmizləmə və digər ağır cinayətlər törətməyə görə məsuliyyət daşıyır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət məsələsini şərh edərkən deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərində Ermənistan tərəfindən özünə tabe qondarma rejim yaradılıb: "Ermənistan-Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri əsasında həlli üzrə aparılan danışıqlara baxmayaraq, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xaricdən insanların gətirilməsi ilə süni məskunlaşdırma aparması, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi və onların mənşəyini dəyişdirməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsi və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına imkan verməməsi bir daha ona dəlalət edir ki, Ermənistanın məqsədi işğal olunmuş torpaqların ilhaq edilməsidir".

Onun sözlərinə görə, beynəlxalq hüquqa görə gücdən istifadə edərək, ərazi əldə edilməsi və ya dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir: "Beynəlxalq hüququn imperativ normalarının kobud şəkildə pozulması nəticəsində yaranmış vəziyyət heç bir halda qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası işğal olunmuş əraziləri üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyə malik yeganə dövlətdir. Hər hansı digər hərbi işğal kimi, Ermənistanın da Azərbaycan ərazilərini işğalı müvəqqəti xarakter daşıyır".

XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və digər işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətlə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən və kommersiya əlaqələri quran şəxslər və ya şirkətlər ölkəmizin ərazi bütövlüyü və suverenliyini, müvafiq qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, inzibati və hüquqi məsuliyyət daşıyırlar: "Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə bu cür fəaliyyətin həyata keçirilməsi cinayət məsuliyyətini ehtiva edən hərbi cinayət kimi tövsif oluna bilər. Korporativ sosial məsuliyyət və biznes etik qaydalarını da pozaraq, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən əcnəbi hüquqi və fiziki şəxslər Ermənistanın Azərbaycana qarşı işğalı, etnik təmizləmənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlının öz torpaqlarına geri qayıda bilməməsi və onların mülkiyyət hüququ da daxil olmaqla, bütün digər fundamental hüquqlarının pozulmasının davam etməsinə xidmət edirlər".

H.Hacıyev əlavə edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə bağlı Baş Prokurorluq tərəfindən İsveçrə Konfederasiyasının vətəndaşı "Franck Muller Group" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin bağlı cinayət işi açılıb: "Eyni zamanda Rusiya Federasiyasının vətəndaşı Qerman Sterliqovun da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti ilə əlaqədar cinayət işi açılıb və zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət əməlləri hökumətlərarası birgə komissiyaların da gündəliyinə salınır və müvafiq dövlətlər qarşısında bu məsələ qaldırılır".

XİN-in mətbuat katibi deyib ki, beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərə uyğun olaraq, bütün dövlətlər hüquqi və fiziki şəxslərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən, bu ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətdən kənar tutmalı və orada hazırlanmış məhsulların ərazilərinə ixrac olunmasına imkan verməməlidirlər: "Görülmüş tədbirlər və məlumatlandırma işinin artırılması nəticəsində bir çox hüquqi şəxslərin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətinin qarşısı alınıb. Azərbaycan Respublikası tərəfindən işğal olunmuş suveren ərazilərində bu kimi qeyri-qanuni əməllərin qarşısının alınması üçün milli və beynəlxalq səviyyədə bütün hüquqi və siyasi imkanlardan istifadə ediləcək".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yeni cəza növü tətbiq edilir - AZƏRBAYCANDA

25 Sentyabr 2017 12:14

Ölkənin kriminal regionların TOP-10-luğu açıqlandı – SİYAHI

25 Sentyabr 2017 12:13

Referendum gərginliyi: Dollar bahalaşa bilər

25 Sentyabr 2017 12:10

Səyyar ASAN xidmət Şirvan və Xırdalanda

25 Sentyabr 2017 12:09

Bəxtiyar Vahabzadənin AİLƏSİNDƏ AĞIR İTKİ: qəflətən...

25 Sentyabr 2017 12:08

Azərbaycanın ali məktəblərində təhsil alan 2500-dən çox gənc bu il diplom ala bilməyib

25 Sentyabr 2017 12:07

AFFA 2 klubu I Diviziona buraxmayıb

25 Sentyabr 2017 12:07

Yasamal rayonunda "Daewoo" yanıb

25 Sentyabr 2017 12:05

5 saylı xəstəxananın baş həkimi vəfat etdi

25 Sentyabr 2017 11:59

Azərbaycanda yeni cəza növü tətbiq edilir

25 Sentyabr 2017 11:59

“Putin Krımın işğalı üzrə...” - İşğalın yeni detalları MƏLUM OLDU

25 Sentyabr 2017 11:58

Azərbaycanda qeyri-adi əməliyyat

25 Sentyabr 2017 11:55

Azərbaycan klubu almanlara təqdim edildi

25 Sentyabr 2017 11:54

Kürdəmir-Karrar dəmir yolunun təmirinə başlanılıb

25 Sentyabr 2017 11:47

Şamaxıda badam əkini təsərrüfatlarının yaradılması təklif edilir

25 Sentyabr 2017 11:47

Penalti vurma, 1 milyon avro al - Şok təklif

25 Sentyabr 2017 11:47

Kəmaləddin Heydərov Samuxda qəbul keçirəcək

25 Sentyabr 2017 11:44

Bakıda geyimlərdə erotik səhnələri kim yayır?

25 Sentyabr 2017 11:44

Neymarın maaşı Messi və Ronaldonu qısqandırdı

25 Sentyabr 2017 11:43

Bir ilə "ABAD"laşan Balakən

25 Sentyabr 2017 11:42

Daha bir dəmir yolu xətti əsaslı təmir olunur

25 Sentyabr 2017 11:41

Muğam Mərkəzində Beynəlxalq Musiqi Festivalı davam edir

25 Sentyabr 2017 11:39

"Apple" şirkəti "IPhone 8" səbəbindən 43 mlrd. dollar itirib

25 Sentyabr 2017 11:37

Arda Turan ayrılığı rəsmən açıqladı - FOTO

25 Sentyabr 2017 11:37

İlan öz sahibini belə öldürdü...

25 Sentyabr 2017 11:36

“iPhone 8” smartfonunun satışlarında azalma qeydə alınıb

25 Sentyabr 2017 11:35

İşdən çıxarılan Əməkdar artist işinə qayıtdı

25 Sentyabr 2017 11:33

6 yaşlı həmyerlimiz Rusiyada HAMINI HEYRƏTLƏNDİRDİ - VİDEO

25 Sentyabr 2017 11:33

İrəm Dərici sevənlərini üzdü...

25 Sentyabr 2017 11:29

Azərbaycanda 3 aylıq körpə üzərində nadir əməliyyat keçirilib

25 Sentyabr 2017 11:27

Azərbaycanda dələduzluqla bağlı cəza sərtləşdirilir, bəzi əməllərə görə yüngülləşdirilir

25 Sentyabr 2017 11:27

Azərbaycanlı vunderkind Rusiya telekanalında populyar verilişin qonağı olub

25 Sentyabr 2017 11:27

“Rabitə işi” bir daha məhkəmədə araşdırılacaq

25 Sentyabr 2017 11:24

İsrail Beynəlxalq Məhkəməyə verilir

25 Sentyabr 2017 11:23

Maşallah Əhmədov Əfv Komissiyasına müracət edib

25 Sentyabr 2017 11:22

Bakıda transseksuallara qarşı niyə əməliyyat keçirilir? - NAZİRLİK SƏBƏBİ AÇIQLADI

25 Sentyabr 2017 11:19

Banklar kredit vermir

25 Sentyabr 2017 11:19

Tarixdə AŞURA GÜNÜ baş verən MARAQLI HADİSƏLƏR

25 Sentyabr 2017 11:18

“Kapital Bank” “Ən Güvənli Bank” adına layiq görülüb

25 Sentyabr 2017 11:17

Elza “Xalq şairi”ndən DANIŞIB SƏRT SÖZLƏR İŞLƏTDİ: "Çaqqal-çuqqallar..."

25 Sentyabr 2017 11:13

Avropa çempionatı: Azərbaycanın voleybol yığması Almaniya ilə qarşılaşacaq

25 Sentyabr 2017 11:12

Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftə”sinə start verilir

25 Sentyabr 2017 11:12

Qətər Azərbaycandan süd və ət idxalına başlayıb

25 Sentyabr 2017 11:12

"Facebook" satışa çıxarlıdı

25 Sentyabr 2017 11:12

"Qalatasaray"dan əzmkar qələbə - VİDEO

25 Sentyabr 2017 11:07

Avropada Azərbaycan təmsilçisi - UNEC tələbələrinin startapları

25 Sentyabr 2017 11:04

Aygün Kazımovadan Faiq Ağayevə qarşı GÖZLƏNİLMƏZ ADDIM

25 Sentyabr 2017 11:03

"Kürdüstan"a hərbi müdaxilə hər an başlaya bilər

25 Sentyabr 2017 11:02

DİQQƏT: Bakının bu rayonlarında su olmayacaq

25 Sentyabr 2017 11:00

...Və Türkiyə "HÜCUM"a başladı!

25 Sentyabr 2017 10:59