Nardaran sakini Natiq Kərimov barəsində məhkəmə qərarı elan olunub. APA-nın Səbail Rayon Məhkəməsində olan əməkdaşının verdiyi məlumata görə, N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.