Daha bir ölkə İrandakı səfirliyini geri çağırdı

Daha bir ölkə İrandakı səfirliyini geri çağırdı
09:12 8 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Komor Adaları Respublikası  Səudiyyə Ərəbistanı ilə həmrəylik nümayiş etdirərək İrandakı səfirini geri çağırıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Komor adalarının XİN-in yaydığı məlumatda bildirilir.  

Məlumatda qeyd olunur ki, Komor adalarını Səudiyyə Ərəbistanı ilə ümumi mövqelər və dostluq əlaqələri  birləşdirir: "Komor adaları Səudiyyə Ərəbistanının daxili işlərinə istənilən müdaxiləni qətiyyətlə pisləyir".  
 
Komor adaları yaranmış gərginliyə görə məsuliyyəti İranın üzərinə qoyub.  
 
Komor Adaları Respublikası Ərəb Dövlətləri Liqasının üzvüdür. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 3-dən İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR