"Fact Set" statistika şirkətinin hesablamasına görə, son 4 gün ərzində indekslərdəki azalma hesablama tarixinin ən böyük enməsi olub. ABŞ-ın Nasdaq - texnologiya indeksi 6% azalaraq son 16 ilin ən ciddi azalması ilə qarşılaşıb.
ABŞ fond birjalarındakı bu sərt azalma Çin fond birjasının kəskin düşməsi və Çin Xalq Bankının milli valyuta - yuanı devalvasiya etməsi fonunda baş verib. Maliyyə bazarlarında yaranan təşvişə neftin qiymətinin düşməsinin də mənfi təsiri böyükdür.
"Report"un analitik grupu hesab edir ki, dünya fond birjalarında azalma fevral ayının ortasına qədər davam edəcək. Ümumiyyətlə, 2016-cı il dünya fond birjaları üçün qlobal tələbin azalması və iqtisadi artımın zəifləməsi səbəbindən müsbət il olmayacaq.